Fransanın PSJ futbol klubu “Barselona”nın hücumçusu Neymarın izinə düşüb.
Teleqraf.com “Goal” saytına istinadla xəbər verir ki, Paris təmsilçisi braziliyalı forvardın transferi üçün hazırda fantastik məbləğ - 222 milyon avro ödəməyə hazırdır. Məlumata görə, PSJ bu təklifdən geri çəkilmək niyyətində deyil. Müqavilədə göstərilən məbləğin isə 2018-ci ildə 250 milyona yüksəldilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Fransa çempionu hələ ötən futbol mövsümündən Neymara elçi düşsə də, “sambaçı” sövdələşmədən imtina etmişdi.