“Marsel” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi bu gün Rudi Qarsiya ilə müqavilə bağlayıb.
Komanda axşam saatlarında 52 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxacaq.
Karyerası ərzində “Sent-Etyen”, “Lill” kimi klubları çalışdıran Qarsiyanın son iş yeri “Roma” klubu olub.
Qeyd edək ki, 9 turdan sonra 12 xal toplayan “Marsel” 12-ci pillədə qərarlaşıb.