La Liqanın 10-cu turunda "Alaves"lə oyunda zədələnən "Real"ın futbolçusu Pepenin son durumu müəyyənləşib.
Qol.az-ın "AS" qəzetinə istinadn yaydığı xəbəər görə, portuqaliyalı müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, Pepe La Liqanın 12-ci turunda keçiriləcək "Atletiko" ilə görüşü buraxacaq.
Qeyd edək ki, "Atletiko" - "Real" oyunu noyabrın 19-u keçiriləcək.