Yunanıstan, Soloniki. 3 noyabr. REPORT.AZ/ Bir neçə dəqiqədən sonra Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda start götürəcək Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.
PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.
İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.
"Report"