4 Noyabr 2016 12:46
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın peşəkar kikboksçusu, yığma komandanın üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

Azərbaycan Kikboksinq Federasiyasından Teleqraf.com-a bildiriblər ki, idmançımız Almaniyanın Vuppertal şəhərində “A1WCC” versiyası üzrə təşkil olunan növbəti beynəlxalq turnirdə iştirak edəcək. Xəyal Əhmədovun rəqibi ermənistanlı Cioran Apuyepyan olacaq.

“A1 World Combat Cup” tərəfindən təşkil olunan yarış dünyada “Səkkizlik” adı ilə məşhurdur.

Xəyal Əhmədov bu il mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polşalı idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.


Müəllif:

Oxşar xəbərlər