DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq Türkiyə millisinin heyətində ciddi itki baş verib.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Bayer”in müdafiəçisi Ömər Toprak sıradan çıxıb.
Qasıq nahiyəsindən zədə alan 27 yaşlı futbolçu milli komandanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə - Kosovo matçı noyabrın 12-də Antalyada keçiriləcək.