Türkiyə futbolunda gülünc hadisə baş verib.
Qol.az-ın qonşu ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi bu gün 3-cü liqada keçiriləcək oyunlara hakim təyin etməyi unudub.
Bu səbəbdən komitə dünən təcili yığılaraq təyinatları açıqlayıb.
Əsasən oyunların keçiriləcəyi stadionlara yaxın yaşayan hakimlərə üstünlük verilib.