Bu gün Türkiyə superliqasının 11-ci turunda bütün ölkənin diqqət mərkəzində olan derbi – “Fənərbaxça” – “Qalatasaray” oyunu keçiriləcək.
Qol.az-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 21.00-da başlanacaq oyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Qeyd edək ki, “Qalatasaray” 17 ildir Kadiköydə qələbə qazana bilmir. “Aslanlar” bu gün həmin tilsimi qırmağa çalışacaq.
Bu matçda “Fənərbaxça”nın aparıcı oyunçularından Mehmet Topal cəzalı, Cermeyn Lens və Qreqori van der Vil isə zədəli olduqları üçün iştirak edə bilməyəcəklər.
Əlavə edək ki, 10 oyundan 20 xalı olan “Qalatasaray” 4-cü, “Fənərbaxça” isə 18 xalla 5-ci yeri tutur.