22 Noyabr 2016 22:10
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 18-də Azərbaycan I divizionun XII turunun "Bakılı" - "Energetik" matçından sonra təhqiredici hərəkətə yol verən qonaqların futbolçusu Tural Məmmədov cəzalandırılıb.

Teleqraf.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi futbolçuya 3 oyunluq cəza verib.

Bundan başqa, klub 160 manat cərimələnib. "Energetik"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb.


Müəllif:

Oxşar xəbərlər