"Çelsi" futbolçusu Dieqo Kosta üçün Çinin "Tyançzin Çyançzyan" klubunun təklifini rədd edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun sahibi Roman Abramoviç 95 milyon avroluq təklifi müsbət cavablandırmayıb.
Xəbərdə o da qeyd olunub ki, D.Kostanı satmağı düşünməyən "Çelsi" yaxın günlərdə ispan hücumçuya yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, D.Kosta bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda 14 qol vurub, 5 qolun ötürməsini verib.