6 Yanvar 2017 18:18
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin komandaları Avropa klublarında forma geyinən futbolçuları transfer etməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, Oskarın ardından Londonun “Çelsi” komandasına aid daha bir yarımmüdafiəçi Con Obi Mikel də Çinə yollanıb. Şəxsi “Twitter” səhifəsində məlumatı paylaşan 29 yaşlı nigeriyalı futbolçu “Tyanjin Teda” klubu ilə anlaşdığını bildirib. O, yazısında “Çelsi” azarkeşləri, futbolçuları və eləcə də əməkdaşlarına təşəkkürünü ifadə edib. Obi Mikel yeni klubunda tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atıb. Onun həftəlik məvacibi isə 165 min funt-sterlinq təşkil edəcək.

2006-cı ildən London təmsilçisinin heyətində çıxış edən Obi Mikel iki dəfə İngiltərə çempionluğunu qazanmaqla yanaşı dörd dəfə ölkə kubokunu, liqa kuboku, İngiltərə superkuboku, UEFA Çempionlar Liqası və Avropa Liqasının qalibi olub. Onun aktivində 372 oyuna 6 qol və 13 məhsuldar ötürmə var.


Müəllif:

Oxşar xəbərlər