Futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Milan" doğma meydanda "Kalyari" üzərində 1:0 hesablı qələbə qazanıb.
Teleqraf.com xəbər verir ki, matçda yeganə qolu 88-ci dəqiqədə hücumçu Karlos Bakka vurub.
Oyunun 94-cü dəqiqəsində qonaqların müdafiəçisi Bruno Alveş meydandan qovulub.
"Milan" hazırda 36 xal ilə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Aktivində 23 xal olan "Kalyari" 14-cü mövqedədir.
"Milan" yanvarın 16-da keçiriləcək növbəti turda səfərdə "Torino"nun qonağı olacaq, "Kalyari" yanvarın 15-də öz meydanında "Cenoa"nı qəbul edəcək.