Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.
Teleqraf.com xəbər verir ki, ikinci yarış günündə 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50 sərbəst, 59, 66 və 71 kiloqram çəkidə 114 yunan-Roma güləşçisi, ümumilikdə 164 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirir.
Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaqlar. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb olunacaq və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.