Bakıda hazırlığı davam etdirən Gəncənin “Kəpəz” futbol klubu təlim-məşq toplanışı çərçivəsində yanvarın 17-də ilk yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, “sarı-göylər” MOİK-lə qarşılaşıblar. Birinci divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.
“Kəpəz” yanvarın 17-də daha bir yoxlama matçına çıxacaq. Komandanın rəqibi AZAL olacaq.