23 Yanvar 2017 16:04
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın “Qarabağ” futbol klubu keçirdiyi iki yoxlama oyunu ilə Antalya qış təlim-məşq toplanışına yekun vurub.

Teleqraf.com xəbər verir ki, komandamız günün ilk oyununda Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan komandamız hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda komandamız Polşanın “Termalika” klubu ilə qarşılaşıb. Komandamız oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbə ilə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsi ilə tamamlayıb. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşmada növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Beləliklə, qarşılaşma 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.


Müəllif:

Oxşar xəbərlər