6 Fevral 2017 12:43
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizə cəlb olunan Renat Dadaşov yeni klubu “Ayntraxt”ın U-19 komandasında ilk oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, o, Gənclər Liqasının cənub zonasının çempionatında “İnqolştadt”la görüşdə debüt edib. 18 yaşlı hücumçu start heyətində yer alıb və 87 dəqiqə meydanda olub. Renat “Ayntraxt”ın ikinci qoluna imza atıb.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Ayntraxt" 3:0 hesabı ilə qalib gəlib.


Müəllif: