20 Fevral 2017 00:25
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsi səbəbindən Topaz Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə səfərdə oyunu (0:2) buraxıb. Buna baxmayaraq, o, “Qəbələ”dəki matçı tribunadan izləyib.

O, oyundan sonra R.Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsən? Məğlubiyyətə səbəb nədi?

- Nəticəni nəzərə almasaq, gərgin oyun keçəcəyini bilirdik. “Qəbələ” daha çox topla oynayacaqdı, biz də oyunumuzu əks-hücumlar üzərinə quracaqdıq. Demək olar ki, oyun belə də getdi. Sadəcə olaraq, oyunun taleyini son vuruşlar həll etdi. Rəqibin ikinci qolundan başqa real qol epizodu olmadı. Son vuruşlarda “Qəbələ” bizdən dəqiq oldu. “Qarabağ”ın da zərbə vurmağa imkanlarımız vardı, amma top ya qapıçının üzərinə getdi, ya da rəqib müdafiəçilərə toxundu.

- Rəqib müdafiəsini yarmaqda çətinlik çəkdiniz. Nəzərə alaq ki, rəqibin əsas mərkəz müdafiəçiləri oynamırdı.

- Ümumiyyətlə, “Qəbələ” komanda şəklində çox yaxşı oyun göstərir, güclü heyətləri var. Onlara qol vurmaq asan deyil. Biz çalışdıq, əlimizdən gələni etdik, amma alınmadı.

- Bu matçda “Qəbələ” azarkeşlərinin çılğınlığı diqqətini çəkdimi? Oyun zamanı ab-hava necə idi?

- Bu, normaldır. Səfər matçlarında hər zaman rəqib azarkeşlərin üstünlüyü olur.

- Demək olar ki, bu matçdan sonra çempionluq yarışı daha da qızışacaq?

- Bəli. Amma əgər bu gün qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq.

- Əvvəllər “Neftçi” ilı “Xəzər Lənkəran” arasındakı matçlara böyük maraq vardı, indi də “Qarabağ”la “Qəbələ” arasındakı oyunlara...

- Həmin matçlar bir az fərqli idi. Komandaların bir-birinə qarşı aqressiyası vardı. Amma bizim “Qəbələ” ilə çox yaxşı münasibətlərimiz var. Və bu gün meydanda da gözəl futbol oldu, futboldan kənar hadisələr baş vermədi. Bu, sevindirici halldır.
/APA/


Müəllif:

Oxşar xəbərlər