İsrail ordusuna məxsus PUA (Pilotsuz Uçuş Aparatı) Suriyanın Kuneytra şəhərində mülki avtomobili hədəf alıb.
Axar.az xəbər verir ki, hücum nəticəsində 1 dinc sakin ölüb.
Qeyd edək ki, İsrail qırıcılarının iki gün öncə Suriyada bəzi mövqelərə aviazərbələr endirməsi ilə tərəflər arasında gərginlik artıb.
Rəsmi Tel-Əviv həmin hücumların Hizbullaha qarşı həyata keçirildiyini açıqlamışdı.
Əməliyyatlar zamanı Suriya ordusu bir İsrail qırıcısının vurulduğunu açıqlasa da, qarşı tərəfin hərbi dairələri bu məlumatı təkzib edib.