İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi İspaniya La Liqasının 29-cu turunda "Qranada" ilə oyunu buraxacaq.
Teleqraf.com xəbər verir ki, dünən "Valensiya" ilə görüşdə mövsümdəki 5-ci sarı vərəqəsini alan ulduz futbolçu cəzalı duruma düşüb.
Qeyd edək ki, "Qranada" - "Barselona" görüşü aprelin 2-i keçiriləcək.