Qanalı hakim Jozef Lampti futboldan ömürlük uzaqlaşdırılıb.
O, DÇ-2018-in seçmə mərhələsində Cənubi Afrika - Seneqal oyununda kobud səhvə yol verdiyi üçün bu cəzaya məruz qalıb.
Meydan sahibləri 2:1 hesabı ilə qalib gəldikləri oyunda ilk qolu hakimin yanlış qərarı ilə təyin edilən penaltidən vurub.
Ötən ilin noyabrında keçirilən oyunu araşdıran FİFA-nın Nizam İntizam Komitəsi 43 yaşlı referini ömürlük futboldan uzaqlaşdırıb.
/Qol.az/