13 Aprel 2017 08:52
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə Viktoria Dithardt adlı bir xanım 6 aylıq övladının beyin silkələnməsi keçirdiyini, bunda isə “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqasın günahkar olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Londonda futbol oynamağın qadağan olunduğu bir parkda Fabreqasın vurduğu topun oğlunun başına dəydiyini iddia edən qadın, yerli mətbuata açıqlamasında oğlunun aldığı zərbədən beyin silkələnməsi keçirdiyini deyib:

“Markı tez xəstəxanaya apardım və burda beynindən xəsarət aldığını öyrəndim. Oğlum əslində çox şən uşaq idi, ancaq həmin zərbədən sonra bütün gün yatdı. Oyandıqdan sonra isə çox sakitdi, ancaq boş-boş baxır”.

Viktoriya daha sonra Fabreqasın hadisədən sonra onlardan üzr istədiyini deyib. O, 540 funt-sterlinq xəstəxana xərclərinə görə futbolçunu məhkəməyə verməyə hazırlaşır.


Müəllif:

Oxşar xəbərlər