Teleqraf.com xəbər verir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.
İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.