Teleqraf.com Mehr agentliyinə istinadla xəbər verir ki, Azərbaycanın ev sahibliyi edəcəyi IV İslamiadaya 159 iranlı idmançı qatılacaq. 128 kişi atlet və 31 qadın idmançı ümumilikdə 20 müxtəlif idman növləri üzrə rəqibləri ilə mübarizə aparacaqlar.
Kişi idmançılar demək olar ki, bütün yarışlarda öz güclərini sınayacaqlar. Qadınlardan 8-i taekvondo, 7-si atıcılıq, 6-sı karate, 4-ü atletika, 4-ü stolüstü tennis, 2-si isə tennis üzrə İranın idman şərəfini qoruyacaqlar.
Qeyd edək ki, İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək davam edəcək.
Nərgiz