14 May 2017 19:14
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 1/4 final mərhələsinə start verilib.

Azərbaycan millisinin üzvü Cavid Çələbiyev Bakıda təşkil olunan yarışda ilk sınağına çıxıb.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz türkiyəli Hakan Doğanla (Türkiyə) üz-üzə gəlib. Görüş C.Çələbiyevin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır.

Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək.


Müəllif:

Oxşar xəbərlər