Teleqraf.com-un xəbərinə görə, bu gün idmançılarımız daha 9 qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 50-yə çatıb. Komandamız bu gün 5 gümüş və 4 bürüncü də aktivinə yazdıraraq medal sayını 99-a çatdırıb. Bu nəticə ilə millimiz ikinci pillədəki yerini qoruyub. Birinci yeri 54 qızıl medalla Türkiyə, üçüncü pilləni 14 qızıl medalla İran tutur. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında medal sıralaması, Top-10 |