Teleqraf.com-un xəbərinə görə, 23 yaşadək futbolçulardan ibarət milli komandamız final matçına çıxıb.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi yığmamız həlledici oyunda Omanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gələrək qalib olub.
Bürünc medal uğrunda isə Kamerunla Əlcəzair yığmaları üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan ərəblər yarışı 3-cü pillədə başa vurublar.
21 may
IV İslam Həmrəyliyi Oyunları
Final
21:00. Azərbaycan – Oman - 2:1
Qol: Mahir Mədətov, 16, 27 - Sabah Əl Yahyayi, 56
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 16. Elvin Camalov, 19 Məqsəd İsayev, 20. Azər Salahlı
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 21. Vüqar Mustafayev, 23. Fəhmin Muradbəyli
Bürünc medallar uğrunda oyun
14:00. Əlcəzair - Kamerun - 2:0
Qollar: Ahmed Qaqa, 55, Abderrahim Hamra, 63