24 Aprel 2014 13:02
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”in sahibi Malkolm Qleyzer Aleks Ferqyusondan məktub alıb.

Teleqraf.com xəbər verir ki, Ferqyuson məktubunda “Mançester Yunayted”i çalışdırmaq istədiyini bildirib. Ancaq bu xəbər “qırmızı şeytanlar”ın azarkeşlərini sevindirməyib. Məsələ burasındadır ki, məktubu yazan “Mançester Yunayted”in keçmiş baş məşqçisi ser Aleks Ferqyuson yox, onun adaşı, 22 yaşlı tələbə, “Bolton” azarkeşi olan Aleks Ferqyusondu.

Gənc Ferqyuson məktubunda belə yazıb: “Son vaxtlar minlərlə azarkeş Ferqyusona müraciət edərək onun yenidən komandanın sükanı arxasına keçməsini istəyir. Mən hesab edirəm ki, daha gənc Ferqyusonla qarşıya qoyulan məqsədə çatmaq olar. Mən daha az məvaciblə öz xidmətimi təklif edirəm. Bu işə görə həftəyə cəmisi 3 min funt sterlinq istəyirəm. Bu pulla təhsil kreditimi ödəyə və maşına sahib ola bilərəm”.

Daha sonra gənc Ferqyuson kompyuter oyunlarında qazandığı nailiyyətləri sadalayıb. Kiçik Aleks “Arsenal”la Football Manager 2013 oyununun qalibi olub. “Bolton”la İngiltərə çempionluğunu (Football Manager 2014) və Çempionlar Liqasını (Football Manager 2005) qazanıb.


Müəllif:

Oxşar xəbərlər