Teleqraf.com xəbər verir ki, ilk oynda Lüksenburqun "Fola" kollektivini minimal hesabla məğlub edən Bakının "İnter" klubu “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) matçının qalibi ilə üz-üzə gələcək. Türk klubu ilk oyunda 0-2 hesabı ilə məğlub olub.
Azərbaycanın Avroliqada digər təmsilçisi "Qəbələ" "Yagelloniya" (Polşa) səddini keçsə, növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.
"Astra" (Rumıniya) ilə ilk oyunda 1:3 hesablı məğlubiyyətlə üz-üzə qalan Bakının "Zirə" klubu isə növbəti mərhələyə yüksəlsə Ukraynanın “Aleksandriya” klubunu sınağa çəkəcək.
"İnter" və "Qəbələ" 3-cü mərhələnin ilk oyununu səfərdə, "Zirə" isə evdə keçirəcək.