Teleqraf.com məlumat verir ki, BOK-un pezidenti Tomas Bax qurumun sentyabrın 13-də keçiriləcək sessiyasında rəsmi müqavilənin imzalanacağını açıqlayıb.
Sessiya Perunun paytaxtı Limada baş tutacaq.
BOK Los-Anceles Olimpiya Komitəsinə 2028-ci ilə qədər hazırlıq mərhələsi üçün 1,8 milyard dollar maliyyə ayıracaq.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün son iki namizəd Paris və Los-Anceles şəhərləri qalmışdı. BOK isə bu iki şəhərə 2024 və 2028-ci il olimpiadalarının keçirilmə yerini öz aralarında danışıb razılaşmağı təklif etmişdi.
Beləliklə, 2024-cü il olimpiadasının Fransanın paytaxtı Parisdə, 2028-ci il Yay Olimpiya Oyunlarının isə ABŞ-ın Los-Anceles şəhərində keçirilməsi rəsmən təsdiqlənib.
Xatırladaq ki, 2020-ci il Yay Olimpiya oyunları Yaponiyada baş tutacaq.