1 Avqust 2017 17:44
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Beşiktaş” klubu müqavilə hüququ öz əlində olan futbolçu Zlatan İbrahimoviçi öz heyətinə qatmaq üçün onun meneceri ilə danışıqlara başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hücumçu axtarışlarını davam etdirən “Beşiktaş”ın Zlatan İbrahimoviçi transfer etmək üçün ciddi addımlar atdığı iddia olunur.

Pepenin “Beşiktaş”a transferində böyük rol oynayan klubun meneceri Ümid Günər ötən həftə Zlatan İbrahimoviçin meneceri Mino Rayola ilə görüşüb. Ümid Günər uzun müddət zədəli olan isveçli ulduzun menecerindən həkim rəyini istəyib.

“Beşiktaş” Zlatan İbrahimoviçin yüksək maaş problemini sponsor gəlirləri və forma satışları ilə ödəməyi hədəfləyir.

Sonuncu dəfə “Mançester Yunayted”də forma geyinən Zlatan İbrahimoviç bir müddət əvvəl Avropadan kənar komandalardan çoxsaylı təkliflər almasına baxmayaraq, Avroliqalardan birində oynamaq istədiyini bildirmişdi.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər