15 Avqust 2017 21:13
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardian” (“The Guardian”) jurnalı illərdir Azərbaycana ləkə yaxır və Azərbaycana qarşı qərəzə görə Avropa Oyunlarına akkreditasiya ala bilməmişdi. İddia edirlər ki, guya atlet Layeş Abdullayevanın pulu mənimsənilib. Layeşin Azərbaycan Atletika Federasiyası ilə müqaviləsi yox idi. Ona verilən pul nazirliyin mükafatı idi.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə atlet Layeş Abdullayevanın pulunun mənimsənilməsi ilə bağlı İngiltərə mediasında yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Britaniya səfirliyi vasitəsilə “Qardian”a təzkib verilməsilə bağlı müraciət edilib:

“Layeş iddia edir ki, mən 7 min dollar mənimsəmişəm. Onun nəzərdə tutduğu pullar İslam Həmrəylik Oyunları ilə bağlı verilən mükafat idi. O pulu nazirlik vermişdi, bu mənə necə çata bilər? Nazirlik tərəfindən verilən mükafatı ya özü, ya da nümayəndəsi alıb. Ola bilər, Bakıda kiminsə ona borcu var, amma bunun Azərbaycan Atletika Federasiyasına aidiyyəti yoxdur.

Layeş Abdullayeva Bakıda kifayət qədər pul qazanıb, onun Efiopiyada taksi şirkəti, obyektləri var”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər