25 Avqust 2017 09:37
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, Monakoda təşkil olunacaq püşkatma nəticəsində 48 komanda 12 qrupa bölünəcək.

Azərbaycan son 4 mövsümdə ilk dəfə bu turnirdə təmsil olunmayacaq.

Püşkatma üçün səbətlərin tərkibi:

1-ci səbət: "Arsenal" (İngiltərə), "Zenit" (Rusiya), "Lion" (Fransa), "Dinamo" (Kiyev, Ukrayna), "Vilyarreal" (İspaniya), "Atletik" (Yunanıstan), "Latsio" (İtaliya), "Milan" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya), "Zalsburq" (Avstriya), "Kopenhagen" (Danimarka), "Braqa" (Portuqaliya)

2-ci səbət: "Styaua" (Rumıniya), "Lüdoqorets" (Bolqarıstan), BATE (Belarus), "Everton" (İngiltərə), "Yanq Boyz" (İsveçrə), "Marsel" (Fransa), "Real Sosyedad" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Lokomotiv" (Moskva, Rusiya), "Austriya" (Avstriya), "Herta" (Almaniya), "Nitsa" (Fransa)

3-cü səbət: "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), "Hoffenhaym" (Almaniya), "Köln" (Almaniya), "Riyeka" (Xorvatiya), "Setubal" (Portuqaliya), "Atalanta" (İtaliya), "Sulte Varegem" (Belçika), "Zarya" (Luqansk, Ukrayna), "Rusenborq" (Norveç), "Şerif" (Moldova), "Hapoel" (Beer-Şeva, İsrail)

4-cü səbət: "Apollon" (Kipr), "Başakşehir" (Türkiyə), "Konyaspor" (Türkiyə), "Vitess" (Hollandiya), "Slaviya" (Praqa, Çexiya), "Srvena Zvezda" (Serbiya), "Skenderbeu" (Albaniya), AEK (Afina Yunanıstan), "Zlin" (Çexiya), "Luqano" (İsveçrə), "Vardar" (Makedoniya), "Ostersun" (İsveç)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər