6 Sentyabr 2017 08:17
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəlcə “Qarabağ”dan gələn təklifə təəccübləndim. PAOK-da vəziyyət yaxşı deyildi. Başa düşürdüm ki, komandanın Avropa Liqasında qrupa vəsiqə qazanmaq şansı azdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Pedro Enrike deyib.

Braziliyalı yarımmüdafiəçi “Arena Press” qəzetinə açıqlamasında Ağdam klubuna keçidi haqda danışıb:
“PAOK son günlər yeni transferlər etdi. Mən isə daha çox oynamaq istəyirdim. Düzdür, PAOK-da qalmaq istəyirdim. Ancaq artıq 27 yaşım var, daha çox oynamalıyam. Salonikidə unudulmaz anlar yaşadım, kubok qazandıq. Ancaq futbol da sürətlə dəyişir. Əminəm ki, PAOK-a qayıdacam. Bu komandanın qapıları mənim üçün bağlanmayıb”.

Pedro “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının seçiminə böyük təsir etdiyini vurğulayıb: “Qarabağ”da oynamaq mənə maraqlı gəldi. Çempionlar Liqasında iştirak etmək hər vaxt nəsib olmur. Bəlkə də PAOK-a qayıdanda orda da ÇL-in qrup mərhələsində çıxış edəcəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər