27 Sentyabr 2017 14:53
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən futbol klublarına azarkeşlik edən məşhurların siyahısında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, UEFA-nın saytında "Qarabağ"ın yeni ulduz fanatı kimi Zabit Səmədov göstərilib.

Məqalədə bildirilir ki, Azərbaycanın ən güclü kikboksçularından olan Zabit Səmədov Ağdam komandasının azarkeşidir. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi İnstaqram səhifəsində bu sözlərlə dəstəkləyib:

"Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədir. Sən ən güclüsən".

Zabit Səmədov ulduz fanat kimi Bəhram Bağırzadəni əvəzləyib.

Qeyd edək ki, UEFA məşhur aktyor Bəhram Bağırzadənin adını siyahıdan çıxarmış, səhifədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.


Müəllif: Şəfiqə