Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərə nəhəngi “Çelsi” ilə oyunun 19-cu dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun qırmızı vərəqə alması və ağdamlıların qapısına penalti təyin olunması qərarı bir çoxları tərəfindən etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, etirazçılar arasında “Çelsi”nin əcnəbi fanatları da olub. Onlar portuqaliyalı hakimin səhv qərar verdiyini bildiriblər.
Fanatların fikrincə, həmin epizod zamanı hakim penalti təyin etsə də, qırmızı vərəqəyə ehtiyac duymamalı idi.
Onlar hakimin bu səhvindən sonra oyuna marağın öldüyünü qeyd ediblər.
Fanatların sosial şəbəkədə yayımlanan fikirlərinin görüntülərini təqdim edirik: