1 Avqust 2014 18:57
5 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan 9 hərbçimizlə bağlı mədəniyyət və idman aləminin tanınmışları reaksiyalar verir.

Teleqraf.com-un məlumatına görə, ermənilərin əsasən Ağdam və Tərtər istiqamətində hücumuna Ağdamın “Qarabağ” klubunun futbolçuları etinasız yanaşmayıb.

Albaniya əsilli müdafiəçi Ansi Agolli və braziliyalı Reynaldo dos Santos Silva öz Facebook səhifələrində profil şəkillərini üzərində üçrəngli bayrağımızın əks olunduğu qara lentlə əvəzləyiblər. Futbol azarkeşləri onların bu diqqətinə görə futbolçulara təşəkkür ediblər.


Müəllif: