"Neftçi" PFK iki məşqçi ilə yollarını ayırıb.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, "Neftçi”nin əvəzedicilərinin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyev Azərbaycan millilərinə dəvət olunublar.
Milli komandalarda çalışmaları üçün hər iki mütəxəssisin klubla müqavilələrinə xitam verilib.