Türkiyə Futbol Federasiyası baş məşqçilərin seminarına Fatih Terimi çağırmayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Futbol Federasiyası yanvarın səkkizindən onuna kimi Antalyada baş məşqçilərin seminarını təşkil edəcək. Seminara Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku ilə yanaşı, Türkiyənin və Avropanın da təcrübəli futbol mütəxəssisləri dəvət olunub. Ancaq bu seminara Fatih Terimi çağırmayıblar.
Qeyd edək ki, Fatih Terim millidən gedəndən sonra Türkiyə Futbol Federasiyasını məhkəməyə verib və 3,5 milyon avroluq təzminat davası açıb.