İspaniyanın “İdman” qəzeti Türkiyə futbolçusu Arda Turandan yazıb.
Teleqraf.com xəbər verir ki, qəzet Arda Turanın “Barselona”ya keçidini tənqid edib.
İrəli sürülən iddialara görə, “Barselona”nın o vaxtkı baş məşqçisi Luis Enriki bu transferrin əleyhinə olub. Ancaq klubun prezidenti Xosep Bartomeu seçkilərdə qalib gəlmək üçün Arda Turanın transferindən istifadə edib.
Həmçinin o da qeyd edilib ki, Bartomeu Ardanın əsas heyətdə oynamayacağını bilə-bilə bu transferin reallaşmasında əlindən gələni edib.
Arda Turan “Barselona”da cəmi 55 oyunda meydana çıxıb.