"Qalatasaray"da növbədənkənar prezident seçkisi keçirilib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, səsvermədə Dursun Özbək və Mustafa Cengiz yarışıb. M.Cengiz 1703 səs toplayaraq İstanbul klubunun yeni prezidenti seçilib.
Bununla da M.Cengiz İstanbul klubunun 37-ci prezidenti olub.