6 Avqust 2014 01:56
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti “Şəfa” stadionu bundan sonra “İnter Arena” adını daşıyacağını açıqlayıb.

Bu addım klub rəhbərliyinin qərarı ilə atılıb. Stadionun arenaya sahib olan klubun adını daşıması daha məqsədəuyğun sayılıb. Bu üzdən 2014/15 mövsümündən arena yeni adı ilə tanınacaq.

Bununla bağlı klub rəhbərliyi AFFA və PFL-i məlumatlandırıb. Beləliklə də 2001-ci ildə inşa olunan və 13 il “Şəfa” adını daşıyan stadion rəsmən “İnter Arena” olub.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu da yeni mövsümdə fərqli adla təqdim olunacaq. Bu idman qurğusu artıq “Kapital Bank Arena” adlanır./anspress/


Müəllif:

Oxşar xəbərlər