Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.
Teleqrfa.com xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə məlumat yayıb.
FİFA meneceri "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Rövlan Muradovu Çexiyaya apardığını bəyan edib. Belə ki, o, Fərid Nəbiyevdən sonra Muradovun da Çexiya "Slaviya"sı ilə anlaşmasına vasitəçilik edib. Gənc yarımmüdafiəçi mövsümün sonuna qədər Praqa klubuna icarəyə verilib.
Qeyd edək ki, Vaqif Heydərlinin ölkə xaricinə apardığı futbolçulardan biri də Budaq Nəsirovdu. O, Portuqaliya "Sportinq"inin B komandasında çıxış edir.