4 Mart 2018 17:28
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasında növbəti oyunlar keçirilib. “Karabükspor”un qonağı olan “Qalatasaray” böyük hesablı qalibiyyətlə geri dönüb.

Teleqraf.com xəbər verir ki, 7-0 hesabı ilə bitən matçda “Qalatasaray”ın hücumçusu Bafetimbi Gomis poker edib. 4 qol vurmağı bacaran futbolçu bir vaxtlar “Qalatasaray” azarkeşlərinin sevimlisi olmuş Mario Jardelin 17 ildir davam edən 22 qolluq rekordunu təzələyib.

O, daha 4 qol vuracağı təqdirdə “Fənərbaxça”nın keçmiş ulduzu Aleks de Souzanın 28 qolluq rekorduna ortaq olacaq.

Qeyd edək ki, dünənki oyundan sonra "Arsenal"ın ulduz futbolçusu Lakezette də Gomisi təbrik edib.


Müəllif: Cabbar

Oxşar xəbərlər