Dünyaca məşhur “Nike” şirkəti Azərbaycan yığması və “Qarabağ”ın hücumçusu Mahir Mədətovla sponsorluq müqaviləsi imzalayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə AFFA-nın rəsmi “Feysbuk” səhifəsi xəbər yayıb. Mədətov “Nike”la müqaviləsi olan ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.
Ancaq müqavilənin müddəti və digər detalları açıqlanmayıb.