İspaniya La Liqasının 32-ci turunda “Valensiya”nı qəbul edən “Barselona” rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.
Teleqraf.com xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə sayəsində məğlubiyyətsizlik seriyasını 39-a çıxarıb.
“Barselona” sonuncu dəfə 8 aprel 2017-ci ildə “Malaqa”ya 0:2 hesabı ilə uduzub.