18 May 2018 08:28
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmanın transferini reallaşdırmağa yaxındır.

Teleqraf.com xəbər verir ki, klub yaxın zamanda müqavilənin detallarını razılaşdıracaq və transferi yaxın iki həftə ərzində elan etməyə hazır olacaq.

Hazırda Qrizmanın "Barselona"ya keçidinə yalnız onun özü mane ola bilər. Əgər Fransalı hücumçu "Barselona"ya keçməkdən imtina edərsə o kluba 20 milyon avro cərimə ödəməli olacaq. Bu , tərəflər arasında ilkin razılaşmanın bəndlərindən biridir.

Transfer iyulun 1-i yay transfer pəncərəsinin ilk günü rəsmiləşəcək.


Müəllif: Teleqraf.com