2018-ci il Dünya Çempionatında iştirak edəcək Meksika milli komandasının 8 futbolçusu Şotlandiya millisi ilə qarşılaşmadan öncə yüngül əxlaqlı 30 qadınla birlikdə əylənərkən yaxalanıblar.
Teleqraf.com xəbər verir ki, partiyə Meksika millisinin Guillermo Ochoa, Giovani və Conatan dos Santos qardaşları, Marko Fabian, Karlos Salkedo, Hektor Herrera, Raul Jimenez və Jesus Gallardo qatılıblar.
Mexiconun Las Lomas adlı bölgəsindəki klubların birində əylənən futbolçularla bağlı yerli federasiya heç bir açıqlama verməyib.