DÇ-2018-də F qrupunu 3-cü pillədə tamamlayan Cənubi Koreya millisinin üzvləri öz ölkələrinə qayıdıb.
Teleqraf.com xəbər verir ki, hava limanında onları qarşılayanlar iki qrupa bölünüb; razılar və narazılara. Birincilər oyunçulara gül hədiyyə ediblər. Narazılar isə komandanın çıxışından məmnun qalmadıqları üçün onları yumurta atəşinə tutub.
Qeyd edək ki, Cənubi Koreya qrupun son turunda DÇ-2014-ün qalibi Almaniya üzərində 2:0 hesablı sensasiyalı qələbə qazanıb.