6 İyul 2018 07:02
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona DÇ-2018-in hakimləri haqda işlətdiyi ifadələrə görə üzrxahlıq edib.

Teleqraf.com xəbər verir ki, veteran hücumçu şəxsi İnstaqram vasitəsilə FİFA-dan üzr istədiyini yazıb:

“Bugünlərdə hakimlərə 1-2 söz atmışam. Etiraf edirəm ki, onlardan bəziləri düzgün qəbul olunmayıb. FİFA və onun prezidentindən üzr istəyirəm. Bəzən mən hakimlərin qərarı ilə razılaşmaya bilərəm, ancaq onların işinə hörmət edirəm”.

Qeyd edək ki, Maradona 1/8 finalda İngiltərə ilə oyunda görüşün baş hakimi Mark Qeyqerin Kolumbiya millisinin qapısına təyin etdiyi penalti qərarını sərt tənqid etmiş, onu oğru adlandırıb. FİFA isə onun bu hərəkətini pisləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər