10 İyul 2018 07:56
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də daha bir mühüm oyuna təyinat alıb.

Teleqraf.com xəbər verir ki, o, yarımfinalda keçiriləcək Xorvatiya - İngiltərə görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Xorvatiya - İngiltərə matçl iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, C. Çakır bundan əvvəl mundialın qrupunda Mərakeş - İran və Nigeriya - Argentina oyunlarının baş hakimi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər